Estetik plomb (bonding)
Diş rəngində plomblarla bir seansda estetik düzəliş.
Estetik plomb diş rəngində kompozit material ilə kariesli, qırıq və ya aşınmış dişlərin bərpasıdır. Bonding isə eyni materialla aralıqların bağlanması və dişlərə forma verilməsidir.
Əksər hallarda diş yonulmadan, bir seansda tətbiq oluna bilər.
Üstünlükləri
- Diş toxuması qorunur
- Bir seansda nəticə
- Təbii diş rəngi
- Sərfəli estetik həll
Müalicə prosesi
- Müayinə və rəng seçimi
- Səthin hazırlanması
- Qat-qat tətbiq
- Formalaşdırma və cilalama
Saytdakı məlumatlar ümumi məlumat xarakteri daşıyır; diaqnoz və müalicə üçün müayinə vacibdir.